AZ

ABŞ-ın Yaxın Şərqdəki bazaları boşaldılır

Pentaqon İranın zərbələri səbəbindən Yaxın Şərqdəki bir neçə Amerika bazasından ABŞ qoşunlarının əlavə təxliyəsini həyata keçirib.

Musavat.com xəbər verir ki, məlumatı Milli İctimai Radio (NPR) yayıb. Bildirilir ki, "İran Bəhreyndəki bazaya raket və dronlarla zərbə endirdikdən sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə edilib". Məqalədə "bölgədəki digər Amerika bazalarından da təxliyələrin aparıldığı" bildirilib, lakin təfərrüatlar verilməyib.

Nəşr ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı olan Bəhreyndəki bazadan təxminən 1500 Amerika hərbçisi və onların ailələrinin təxliyə edildiyini bildirib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından əvvəl bu bazada təxminən 8000 nəfər xidmət edib.

Musavat.com

 

Seçilən
40
18
musavat.com

10Mənbələr