EN

Müəllimlərin maaşları yenidən arta bilər

Sertifikatlaşdırmada 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı 35% artırıla bilər.Metbuat.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydalara əsasən, qiymətləndirmə zamanı 30-50 bal arası nəticə göstərən təhsilverənlərin əmək haqqında 10 faiz, 51 baldan yuxarı toplayanlarda isə 35 faiz artım olur. Bunun daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Vüqar Bayramov bildirib ki, təklif qəbul olunduğu halda, bu daha çox müəllimin əməkhaqqısının 35 faiz artmasına imkan yaradacaq.Millət vəkili onu da bildirdi ki, hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad edilir. Ancaq təklif olunur ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsinlər. Çünki, bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslara qənaət etmələrinə imkan yarada bilər.Daha ətraflı videoda:


Chosen
11
5
metbuat.az

6Sources