EN

Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”

 Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov ölkə çempionatının final matçından sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Finalda “Birbaşa Bakı”nı 4:1 hesabı ilə məğlub edən “Zirə” tarixində ilk dəfə minifutbol üzrə ölkə çempionu oldu. Qarşılaşmanı necə şərh edərdiniz?

- Bəli, “Zirə” tarixində ilk dəfə Azərbaycan çempionu oldu. Bu, federasiya üçün də mötəbər hadisədir. Çünki yeni komanda çempion oldu. Bu da minifutbolun ölkəmizdə inkişaf etdiyini göstərir. “Zirə”ni təbrik edirəm. Gərgin mübarizə getdi. Həmişə bu iki komandanın oyunu çox gərgin keçir. Onların arasında böyük rəqabət var. “Zirə”nin qalib gəlməsi onu göstərir ki, komanda inkişaf edir. 

- Final matçı ilə minifutbol üzrə ölkə çempionatına yekun vuruldu. Geridə qalan mövsümü necə dəyərləndirirsiniz? Hansı müsbət və mənfi məqamları qeyd etmək olar?

- Əlamətdar hal o oldu ki, bu il çempionatda 16 komanda iştirak etdi, əvvəlkindən daha çox. Bu da minifutbola olan marağı göstərir, yeni komandalar yaradıldı, sahibkarlar və sponsorlar bu idman növünə maraq göstərir. Bizim də əsas məqsədimiz bu idman növünü gənclər arasında yaymaq, yeni-yeni stadionlar tikməkdir. İstəyirik ki, daha çox insan bu idman növü ilə məşğul olsun. Həm də çalışırıq ki, böyük futboldakı kimi, komandaların öz stadionu olsun. Heç olmasa 3-4 komanda öz meydanında oynasın. Sponsorlarla, iş adamları ilə birgə bu məsələni nəzərdən keçirməyə çalışırıq. Komandalarla da işbirliyi qururuq. İnkişaf gedir. Komandalar güclənir. Bu, müsbər haldır.

- Stadion məsələsini qeyd etdiniz. Dünya çempionatından əvvəl milli üçün xüsusi arenanın tikilməsi planda idi. Bu məsələ nə yerdədir? 

- Bəli, plan var. Hələlik təəssüf ki, məkanı seçməmişik. Dövlət tərəfindən də müəyyən dəstək gözlənilir. Bu mövzuda iş gedir. Məkan seçildikdən sonra minifutbol meydançasının tikilməsinə elə də çox vaxt sərf etməyəcəyik. Maksimum 1-2 ilə bu məsələ həll olunacaq. 

- Qarşıdan minifutbol üzrə Avropa çempionatı gəlir. Azərbaycan yığması son dünya çempionu kimi turnirə hansı hədəf üçün yollanacaq?

- Slovakiyada keçiriləcək Avropa çempionatında iştiraka hazırlıq gedir. Komandamız inkişaf edir, yeni üzvlər var. Əminik ki, çempionatda olan rəqabət milliyə təsir edəcək. Sizin də qeyd etdiyiniz kimi, millimiz Avropa çempionatında dünya çempionu kimi iştirak edəcək və ümid edirik ki, ölkəmizə medalla geri dönəcək. Komandamız Avropa çempionatından qabaq iki təlim-məşq toplanışı da keçəcək. 

- Daha əvvəl “Birbaşa Bakı” Çempionlar Liqasını qazanmışdı. Eyni uğuru “Zirə”dən də gözləyək mümkündür?

- Əlbəttə, komandalarımız avrokuboklarda da özünü göstərir. “Zirə” ənənəvi olaraq orada iştirak edir. Bu il artıq çempion kimi turnirə yollanacaqlar. İstər “Zirə”dən, istər turnirdəki digər təmsilçilərimizdən yaxşı nəticələr gözləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
4
qol.az

5Sources