EN

İspaniyalı müüdafiəçi "Barselona"ya keçə bilər

"Çelsi"nin müdafiəçisi Mark Kukurelya ölkəsinə qayıda bilər.

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçunun "Barselona"ya keçmək ehtimalı var. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

London klubu Kukurelyanı La Liqa nəhənginə təklif edib. Onlar 27 yaşlı sol cinah müdafiəçisinin satışından 40 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Mark Kukurelya "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü 2022-ci ilin yayında 65 milyon avro qarşılığında "Brayton"dan "Çelsi"yə transfer olunub. Təcrübəli oyunçu bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
49
3
sportal.az

2Sources