ABŞ Yaxın Şərqdəki hərbi bazalarından birində genişmiqyaslı təxliyə həyata keçirib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın NPR radiosu məlumat yayıb.
Məlumata görə, Bəhreyndə yerləşən və ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının qərargahının yerləşdiyi bazadan təxminən 1500 hərbçi və onların ailə üzvləri təxliyə olunub.
Bildirilib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələrdən sonra yüzlərlə dənizçi ABŞ ərazisinə geri qaytarılıb. Eyni zamanda, regiondakı digər ABŞ bazalarından da təxliyələrin aparıldığı bildirilir.
Pentaqon isə hələlik bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.
 Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qədər sözügedən bazada təxminən 8 min nəfər xidmət edirdi.