Türkiyənin Van şəhərinin Tuşba rayonunda zəlzələ qeydə alınıb.
Senzor.az Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadən bildirir ki, zəlzələ 5,2 bal gücündə olub.
Saat 08:52-də baş verən təbii fəlakət yerin təxminən 7 kilometr dərinliyində baş verib.
AFAD-dan bildirilib ki, hadisə ilə bağlı hələlik hər hansı dağıntı və itki halı qeydə alınmayıb.
https://www.youtube.com/watch?v=fx1UepGydjg