EN

İranda qəzaya uğrayan qırıcının pilotları tapıldı – Gizli əməliyyatın detalları

İran səmasında vurulan ABŞ-ın "F-15E Strike Eagle" qırıcısının taleyi ilə bağlı ziddiyyətli məlumatlar fonunda yeni xəbər yayılıb.

Musavat.com xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan briqada generalı Bleyn Holt "WABC" radiosunun efirində hər iki ekipaj üzvünün sağ-salamat olduğunu və təhlükəsiz zonaya çıxarıldığını bəyan edib. General Holt iki yüksək rütbəli mənbəyə istinadən bildirib ki, pilotlar qəza zamanı uğurla katapult ediblər və həyata keçirilən xüsusi xilasetmə əməliyyatı nəticəsində hər iki hərbçi İranın nəzarətində olan ərazilərdən çıxarılaraq hərbi bazaya qaytarılıb. Bu açıqlama rəsmi Vaşinqtonun "yalnız bir nəfər xilas edilib, ikincinin axtarışı davam edir" bəyanatları ilə kəskin ziddiyyət təşkil etsə də, ekspertlər Pentaqonun təhlükəsizlik mülahizələri ilə məlumatı gizli saxladığını ehtimal edirlər.

Xatırladaq ki, qırıcının vurulmasından dərhal sonra İranın cənub-qərbində ABŞ-ın xüsusi xilasetmə helikopterlərinin fəallığı müşahidə olunmuşdu. İran tərəfi pilotların ələ keçirilməsi üçün genişmiqyaslı axtarış əməliyyatına başlasa da, generalın iddiası bu cəhdlərin boşa çıxdığını göstərir.

Hazırda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı rəsmən təsdiqləməsə də, pilotların xilası xəbəri ABŞ daxilində böyük sevinclə qarşılanıb.


Musavat.com

Chosen
12
1
musavat.com

2Sources