Roberto Mançini yenidən İtaliya milli komandasına rəhbərlik etməyə hazırdır.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Hazırda “Əl-Sədd” (Səudiyyə Ərəbistanı) klubunda çalışan italiyalı mütəxəssis 2023-cü ildən bu komandaya rəhbərlik edir. Klub rəhbərliyi ona illik 25 milyon funt sterlinq məvacib təklif edib və bildirilir ki, müqavilənin pozulması problem yaratmayacaq.
Qeyd edək ki, Mançini 2018–2023-cü illərdə İtaliya millisinin baş məşqçisi olub.
İtaliya yığmasının baş məşqçi postuna digər namizədlər arasında Massimiliano Alleqri və Antonio Konte də var.
Xatırladaq ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina milli komandasına uduzduqdan (1:1, penaltilər – 1:4) sonra baş məşqçi Cennaro Qattuzo vəzifəsindən uzaqlaşdırılıb.