EN

Azərbaycan Kubokunda ilk yarımfinal oyunları

Dünən futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları keçirilib. Günün ilk matçında “Zirə” öz meydanında “Turan Tovuz”a qalib gəlib – 2:0.

Günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 29 və 60-cı dəqiqələrdə Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev 23 və 65-ci dəqiqələrdə dubl ediblər.

Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

Chosen
31
1
xalqqazeti.az

10Sources