EN

Gürcüstanda 42 qanunsuz miqrant saxlanıldı

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 42 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Rusiya, Banqladeş, Burkina Faso, Misir, Hindistan, İraq, İordaniya, Çin, Nepal, Pakistan, Rusiya, Sudan, Tayland, Türkiyə, Özbəkistan, Filippin, Cənubi Afrika və digər ölkələrin vətəndaşları olan həmin şəxslərin Gürcüstanda qanuni əsas olmadan yaşadıqları müəyyən edilib.

Əcnəbilər DİN-nin Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Hazırda onların Gürcüstandan deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.

Bildirilir ki, 2026-cı ilin birinci rübündə 2000-dən çox qanunsuz miqrant könüllü olaraq Gürcüstanı tərk edib, nazirlik bunu profilaktik tədbirlərlə izah edir.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
1
cebheinfo.az

2Sources