EN

Beynəlxalq Bank insanları BELƏ SÜRÜNDÜRÜR Tanınmış psixoloq ÜSYAN ETDİ

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Psixoloq Samirə Bağırova sosial şəbəkədə 2013-cü ildən davam edən avtomobil krediti ilə bağlı yaşadığı proseslər barədə geniş açıqlama yayıb. 

Bakıvaxtı.az-ın  xəbərinə görə, o, xüsusilə Beynəlxalq Bankla bağlı yaranmış məsələni və sonrakı illərdə qarşılaşdığı prosedur çətinliklərini diqqətə çatdırıb.Samirə Bağırovanın bildirdiyinə görə, 2013-cü ildə aldığı avtomobil Beynəlxalq Bankda kreditdə olub və o, nəqliyyat vasitəsini qısa müddət sonra satmalı olub. Satış prosesi bank əməkdaşı vasitəsilə aparıldığı üçün sənədləşmə ilə bağlı bütün mərhələlərə ABB nümayəndəsi nəzarət edib.

Lakin psixoloqun sözlərinə görə, sonradan məlum olub ki, avtomobil rəsmi olaraq onun adından çıxmayıb. Bu uyğunsuzluq nəticəsində illər sonra ona kredit borcunun ödənilmədiyi barədə bildirişlər göndərilib.

Bağırovanın sözlərinə görə, illər sonra təqdim edilən bildirişlərdə avtomobil krediti üzrə ciddi məbləğdə gecikmə olduğu göstərilib və borcun artdığı bildirilib. O, avtomobilin artıq bir neçə şəxs tərəfindən satıldığını, lakin sistemdə hələ də onun adına rəsmiləşdiyini həmin vaxt öyrəndiyini deyib.

Psixoloq qeyd edib ki, 2023-cü ildə məsələ daha da aktuallaşıb və borcun ümumi məbləği 19 000 manat olaraq ona təqdim edilib. O, Beynəlxalq Banka olan borcu tam şəkildə ödəyib və ödəniş barədə ABB-nin verdiyi arayışları bütün aidiyyəti qurumlara təqdim edib.

Bağırova bildirir ki, 2026-cı ildə hazırda idarə etdiyi avtomobilin üzərinə də həbs qoyulub. Müraciət etdiyi zaman ona izah olunub ki, borc ödənilsə də, icraat üzrə 10% rüsum (1321 manat) əlavə olaraq tələb olunur.

O, bu rüsumun hüquqi əsasları və 13 ilə yaxın davam etmiş icraatın detallarına dair əlavə izahat istədiyini qeyd edib.

Samirə Bağırova müraciətində həmçinin vətəndaşların hüquqi proseslərdə daha diqqətli olmasının vacibliyini bildirib və təhsilin önəmini vurğulayaraq cəmiyyətdə məlumatlılığın artırılmasının əhəmiyyətinə toxunub.

Psixoloq bildirib ki, problemin yaranmasında əsas məsələ 2013-cü ildə Beynəlxalq Bankda kreditlə olan avtomobilin satışının düzgün sənədləşdirilməməsi olub. O, məsələnin hüquqi müstəvidə araşdırılması üçün lazımi addımları atacağını deyib.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
bakivaxti.az

1Sources