EN

Azərbaycan çempionatının iştirakçısında yeni baş məşqçi

I Liqada üçüncü mövsümünü keçirən «Difai» baş məşqçi dəyişikliyinə gedib.

Ağsu təmsilçisi Aydın Qasımovu sükan arxasından kənarlaşdırıb.

Onun gördüyü iş Elman Sultanova həvalə olunub.

Bundan öncə iki il «Baku Sportinq»də işləmiş mütəxəssis ən azı mövsümün sonunadək «fədailər»i çalışdıracaq.

«Difai»nin builki məqsədi çempionatda yerini qourmaqdır. 20 tura 13 xal toplayan komanda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Əyalət klubu cari sezonda 3 fərqli məşqçiyə üz tutub.

Öncə Araz Bağırovla yola çıxan kollektiv «futbol ili»nə Hüseynquli Quliyevlə başlayıb. İki ay sonra isə Aydın Qasımov görəvə gətirilib.

SPORTİNFO.AZ

Chosen
24
50
sportinfo.az

10Sources