AZ

“Qarabağ”la müqaviləsi bitən 8 nəfərin kimliyindən xəbəriniz olsun!

“Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı əksər futbolçulara marağı artırıb.

Odur ki, yayda bəzi futbolçuların “köhlən atlar”ı tərk edəcəyi real görünür.

Bunun üçün ya qarşı tərəf ağdamlılara tramsfer haqqı ödəyəcək, ya da hansısa yolla istəyinə şatacaq.

Əsas heyət üzvlərindən demək olar hamısının sözləşməsinin müddəti növbəti illərdə başa çatacaq.

Yalnız 8 futbolçu cari mövsümün sonunda azad agent statusuna yiyələnəcək. Təbii ki, klub rəhbərliyi qarşıdakı 2 ayda müqavilələrə əl gəzdirməsə.

Kimdir onlar?

Şahruddin Məhəmmədəliyev, Amin Ramazanov, Bədavi Hüseynov, Abbas Hüseynov, Emanuel Addai, Ramil Şeydayev, Hikmət Cəbrayılzadə.

Zaqreb “Dinamo”sundan icarəyə götürülən Sami Mmaee isə iyun ayından etibarən Xorvatiya klubuna məxsus olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
32
50
sportinfo.az

10Mənbələr