EN

Ağdərədə sərxoş olub panika yaradan erməni hərbçi Samvel Karapetyanın partiyasının rəmzinə çevrildi... FOTO

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ermənistan mətbuatında Putinin həbsdə olan milyarder desantı Samvel Karapetyanın komandasının "simvollarından" biri olan Artur Avanesyan haqqında məlumatlar dərc olunub. O, daha çox “Kandaz” ləqəbi ilə tanınır.

Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.

Qeyd olunur ki, 2008-ci il martın 1-də İrəvanın mərkəzində ermənilərin güllələndiyi hadisələr zamanı Robert Köçəryanın əmri ilə Qarabağdan Ermənistana gələn bölmələr arasında “Kandaz” kimi tanınan Artur Avanesyan da olub. 

Məlumata görə, adı çəkilən şəxs 2020-ci ilin 44 günlük müharibəsində heç bir xüsusi iştirak etməyib. Əksinə, o, Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak edib, lakin spirtli içkinin təsiri altında Karen Şakaryan adlı hərbçinin söyüb və heyət arasında panika yaradıb. Buna görə də separatçı-terrorçu rejimin o vaxtkı qondarma “prezidenti” Araik Aarutyunyanın əmri ilə təcridxanaya köçürülüb. Nəşrlər həmçinin onun onlayn oyunları sevdiyini və Arayik Arutyunyanın bəzən borclarını ödədiyini də bildirir.

Nəşrlərə görə, 2023-cü ildə, Azərbaycan ordusunun lokal hərbi əməliyyatları zamanı Artur Avanesyan oğlu David Avanesyanı döyüş mövqelərindən qaçırıb.

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
moderator.az

2Sources