EN

Azərbaycan hərbçilərinin döyüş əzmi düşməni vahiməyə salmışdı Aprel döyüşlərinin iştirakçıları

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İndi bu torpaqlarda gəzmək mənim üçün böyük qürur hissidir.

Bunu Talış kəndi ətrafındakı yüksəklikdə APA-nın çəkiliş qrupuna Aprel döyüşlərinin iştirakçısı çavuş Rövşən Quliyev deyib.

Şiddətli döyüşlərin getdiyi vaxt əməliyyatlarda tankçı kimi iştirak etmiş qazi Rövşən Quliyevin sözlərinə görə, əks-hücum əmri verilən zaman düşmənin müqavimətinə baxmayaraq, erməni silahlı birləşmələrinin müdafiə səddini yararaq strateji yüksəkliklər istiqamətində irəliləyiblər:

"Biz 44 günlük Vətən müharibəsində 2016-cı ildə nəzarətə götürdüyümüz yüksəkliklərdən əməliyyatlara başladıq və torpaqlarımızı işğaldan azad etdik. Bu döyüşlərdə iştirak etdiyim üçün fəxr edirəm”.

Ehtiyatda olan gizir Ziya Təhməzov isə tank əleyhinə bölmədə döyüşdüyünü bildirib.

O qeyd edib ki, əks-hücum əmri şəxsi heyət üçün böyük ruh yüksəkliyi yaradıb:

“Döyüş yoldaşlarımızla birlikdə düşmənin xeyli sayda zirehli texnikasını, tanklarını, PDM-lərini və şəxsi heyət daşıyan avtomobillərini məhv etdik. Əsas vəzifəmiz düşmənin zirehli texnikasının irəliləməsinin qarşısını almaq idi. Talış istiqamətində gedən döyüşlərdə şəxsi heyətin əzmi və dəqiq atəşi düşməni vahiməyə salmışdı. Həmin anlarda yeganə məqsədimiz torpaqları geri almaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində Talış kəndi ətrafındakı hakim yüksəkliklər azad edilib. Bununla da düşmənin Goranboy və Tərtər istiqamətindəki yaşayış məntəqələrini atəş altında saxlamasına son qoyulub. Həmçinin paralel olaraq Füzuli-Cəbrayıl istiqamətində aparılan əməliyyatlar nəticəsində strateji Lələtəpə yüksəkliyi azad edilərək Füzuli rayonunun Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi atəş altından xilas edilərək tam nəzarət altına alınıb.

Aprel döyüşləri Azərbaycan əsgərinin mənəvi-psixoloji üstünlüyünü nümayiş etdirib. Bu döyüşlər həm də yeni döyüş taktikalarının tətbiqi ilə hərb tariximizdə mühüm yer tutur.

Bu, bir daha göstərir ki, 10 il əvvəl qazanılan uğur 44 günlük Vətən müharibəsinə aparan yolun ən mühüm mərhələlərindən biri olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
50
apa.az

10Sources