EN

“Pink Power Fest qız şagirdlərin idman festivalı” layihəsinin bağlanış tədbiri keçirilib

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Quba rayonunda həyata keçirilən “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsinin bağlanış tədbiri təşkil olunub.

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə keçirilən tədbirdə layihə rəhbəri, layihənin ekspert və hakimləri, Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı, yarışların təşkil olunduğu ümumtəhsil məktəblərinin direktorları, həmçinin yarışlarda iştirak edən ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri iştirak edib.

Öncə layihə çərçivəsində keçirilən tədbirlərdən hazırlanmış qısa video icmal iştirakçılara təqdim edilib. 

Tədbirdə çıxış edən layihə rəhbəri Kamran Əlimərdanov 3 ay müddətində icra olunan layihənin əhəmiyyətindən danışıb, bu uğurlu layihənin icrasına dəstək verən şəxslərə və aidiyyatı qurumlara təşkkürünü bildirib. 

Layihənin eksperti Ramin Mahmudov çıxışında əldə olunan nailiyyətlərdən danışıb, qız şagirdlər arasında sağlam həyat tərzinin təbliğində bu kimi layihələrinin davamlı təşkilinin böyük əhəmiyyət daşıdığını qeyd edib. 

Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Nərmin Bilalova öz çıxışında bu kimi layihələrin şagirdlərin asudə vaxtının səmərəli təşkil olunmasına xidmət etdiyini bildirib, təhsilverənlərin bu kimi müsabiqələrdə ideyaları ilə çıxış etmələrini tövsiyyə edib."Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, digər çıxış edənlər, Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Allahverdiyeva, Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Hüseynova, Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru Könül Həsənova, Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru Fəridə Dostuyeva-Kərimli, şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Lalə Bədəlova, Fizika-Riyaziyyat, İnformatika Təmayüllü liseyin müəllimi Ziya Rüstəmov, Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi Şamil Piriyev, Səbətlər kənd tam orta ümumtəhsil məktəbinin müəllimi İlqar Cümşüdov, şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İlqar Hüseynov çıxışlarında layihə rəhbərinə belə vacib ideyasını gerçəkləşdirdiyinə görə təşəkkür edib, layihənin uğurla başa çatması münasibətilə onu təbrik edib, bu layihə nəticəsində məktəblərində qız şagirdlərin idmana olan marağının artdığını qeyd ediblər. Çıxış edənlər əlavə edib ki, davamlı olaraq öz təşəbbüsləri ilə bu kimi tədbirləri təhsil müəssisələrində də təşkil edəcəklər. 

Tədbirin sonunda layihədə iştirak edən bütün ümumtəhsil müəssisələrinin rəhbər və fiziki tərbiyə müəllimləri təşəkkürnamələrlə təltif olunub. 

Qeyd edək ki, “Pink Power Fest” layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunub. Əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb edilməsinin təşviqi olan layihə çərçivəsində qız şagirdlərin iştirakı ilə basketbol, futzal, voleybol və şən startlar turnirləri keçirilib. Ümumilikdə layihəyə 20 ümumtəhsil məktəbində təhsil alan 196 nəfər qız şagird cəlb olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
32
cebheinfo.az

10Sources