Bakı. Trend:
Aprelin 5-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdəarabir yağış yağacağı gözlənilir.
Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabahyarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalıvar. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyiarabir güclənəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq.Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununayüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşəkçaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir dumanolacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlardagecə 3-7° isti, gündüz 8-13° isti olacaq.