EN

İranda Buşehr AES-ə yenidən hücum olunub

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda Bu günİranın cənubunda yerləşən Buşehr vilayətində Buşehr Atom ElektrikStansiyasının (AES) ərazisinə yenidən hücum edilib.

Trend-inməlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı "X"hesabında paylaşım edib.

Bildirilib ki, Buşehr AES-in ərazisinə bir raket düşüb. Başverən partlayış nəticəsində stansiyanın kənar binalarından birinəziyan dəyib və mühafizəçilərdən biri ölüb.

Bu hücum nəticəsində Buşehr AES-in əsas hissələrinə ziyandəymədiyi və stansiyanın elektrik istehsalına hər hansı maneəyaranmadığı qeyd olunub.

Bu, 28 fevraldan bəri Buşehr AES-ə 4-cü hücum hesab olunur.

Xatırladaq ki, Buşehr AES-in 1-ci bloku 2011-ci ildə fəaliyyətəbaşlayıb. 2013-cü ildə blokun istismarı Rusiya atom şirkətitərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokdamaksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub.10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı65 milyard kilovat saatdan çox təşkil edib.

Buşehr AES-də elektrik istehsalı 2013-cü ildən 20 mart 2025-dək72,4 milyon kilovat saat təşkil edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
27
16
az.trend.az

10Sources