EN

Yağıntı gözlənilir — BDYPİ hərəkət iştirakçılarına xəbərdarlıq edib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən,Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sıgündüzədək,bölgələrdə isə aprelin 4-ü səhər saatlarından qərbrayonlarından başlayaraq 7-si səhərədək havanın fasilələrləyağıntılı olacağı gözlənilir. Bu cür hava yol hərəkətiiştirakçıları üçün əlverişsiz mühit yaradaraq yol-nəqliyyathadisələrinin başvermə riskini artırır.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı havailə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilir.

Müraciətdə qeyd edilib ki, yağıntı zamanı yol örtüyünün sürüşkənolması və görmə məsafəsinin azalması sürücülərdən daha yüksəkdiqqət və məsuliyyət tələb edir. Yağıntının müxtəlif bölgələr üzrəbir neçə gün fasilələrlə davam edəcəyi gözlənilir.

"BDYPİ bir daha diqqətə çatdırır ki, belə hava şəraitindəhərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli,ara məsafəsi artırılmalı, kəskin manevrlərdən çəkinilməli,nəqliyyat vasitələrinin şüşəsilən və işıqlandırma sistemlərinin sazvəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir.

Eyni zamanda bildirilib ki, əlverişsiz hava piyadalar üçün dəəlavə çətinliklər yaradır. Bu səbəbdən piyadalar hərəkət zamanıdaha diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş keçidlərdənkeçməli, hərəkətə başlamazdan əvvəl bütün zolaqlar üzrə nəqliyyatvasitələrinin tam dayandığına əmin olmalıdırlar.

BDYPİ hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, belə havaşəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması ağıryol-nəqliyyat hadisələrinə səbəb ola bilər", - müraciətdə qeydolunub.

Chosen
22
9
az.trend.az

10Sources