EN

Sərkisyanın partiyası seçkilərdən imtina etdi – VİDEO

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası iyunun 7-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini rəsmən açıqlayıb. Keçmiş dövlət başçısı bu barədə verdiyi bəyanatda partiyanın seçki marafonuna qatılmayacağını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, Sərkisyan partiyasının seçkilərdə hansı siyasi qüvvəni və ya namizədi dəstəkləyəcəyi ilə bağlı məsələyə hələlik aydınlıq gətirməyib. O, bu qərarın yaxın gələcəkdə açıqlanacağını və ictimaiyyətə əlavə məlumat veriləcəyini vəd edib. Müxalifət düşərgəsindəki bu geriçəkilmənin Ermənistandakı seçkiönü siyasi mənzərəyə necə təsir edəcəyi maraqla gözlənilir.

Sara,
NOCOMMENT.az

Chosen
6
50
nocomment.az

10Sources