EN

Rafiq ləqəbi ilə tanınan şəxs Azərbaycana TƏHVİL VERİLDİ FOTO

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyasının hərbi hissələrinin tərkibində Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxsi Azərbaycana təhvil veriblər.Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.Ektradisya olunan Azərbaycan vətəndaşı Hacıqabul şəhərindəndir. Onun 45 yaşı var və əvvəllər ingilis dili müəllimi kimi çalışıb. 2023-cü ilin oktyabr ayında Rusiya Silahlı Qüvvələri ilə iki illik müqavilə imzalayıb.

 

O, qondarma DXR-nın Birinci Slavyan Briqadasının bir hissəsinə yazılıb, hücum rotasında qumbaraatanın köməkçisi olub və Donetsk bölgəsində döyüşüb. Həmin şəxs "Lev" və "Rafik" çağırış ləqəblərindən istifadə edib və Ukraynaya qarşı döyüşlərdə birbaşa iştirak edib. Eyni zamanda, onun əvvəllər heç bir hərbi təcrübəsi olmadığı bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən 21 iyun 2024-cü ildə Oçeretin yaxınlığında əsir götürülüb. Bundan sonra həmin şəxs Lvov istintaq təcridxanasında saxlanılıb.Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında Ukrayna Milli Polisin Baş İstintaq İdarəsinin müstəntiqləri tərəfindən zəruri prosessual hərəkətlər aparılıb və onun qanunsuz silahlı birləşmələrdə iştirakı təsdiqlənib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
50
bizim.media

10Sources