EN

"Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır" Səfir



Bu karvan 3-cü humanitar yardımıdır ki, Azərbaycandan İrana göndərilir. Bu, əslində Azərbaycan xalqının və hökumətinin həmrəyliyini və mənəvi dəstəyini iranlılara çatdıran bir karvandır.

Bu fikirləri jurnalistlərə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

O bildirib ki, İran hazırda çətin bir dövrdən keçir. Belə bir vaxtda göstərilən dəstəyin çox böyük əhəmiyyəti var.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti bu sahədə müəyyən təşəbbüslər göstərib. İlk olaraq humanitar yardım göndərib və bu yardımların davam etdirilməsi planlaşdırılır. Bu isə onu göstərir ki, Azərbaycan öz dəstəyini davam etdirmək və həmrəyliyini bir daha nümayiş etdirmək niyyətindədir", - deyə M.Dəmirçilu vurğulayıb.

ZÜMRÜD

Chosen
3
9
baki-xeber.com

10Sources