Bakı.Trend:
Bu karvan 3-cü humanitar yardımdır ki, Azərbaycandan İranagöndərilir. Bu, əslində Azərbaycan xalqının vəhökumətinin həmrəyliyini və mənəvi dəstəyini iranlılara çatdıranbir karvandır.
Trend xəbərverir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İranınAzərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
O bildirib ki, İran hazırda çətin bir dövrdən keçir. Belə birvaxtda göstərilən dəstəyin çox böyük əhəmiyyəti var.
“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti bu sahədəmüəyyən təşəbbüslər göstərib. İlk olaraq humanitar yardım göndəribvə bu yardımların davam etdirilməsi planlaşdırılır. Bu isə onugöstərir ki, Azərbaycan öz dəstəyini davam etdirmək və həmrəyliyinibir daha nümayiş etdirmək niyyətindədir", - deyə M.Dəmirçiluvurğulayıb.