EN

Zatulin Jirinovskinin yolunu davam etdirir

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Rusiya siyasətində müəyyən fiqurların Cənubi Qafqazla bağlı mövqeləri tez-tez müzakirə mövzusuna çevrilir. Bu kontekstdə ən çox diqqət çəkən adlardan biri də “Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Jirinovskinin yolunu davam etdirir. Müntəzəm olaraq Azərbaycanla bağlı səsləndirdiyi fikirlər həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə ciddi tənqid olunur. Bu günlərdə Zatulinin verdiyi açıqlama onun nə qədər antiAzərbaycan mövqedə olduğunu bir daha sübuta yetirir”.Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, Zatulin növbəti dəfə Qarabağ mövzusu ilə bağlı çıxış edərək hadisələrin mahiyyəti ilə bağlı mübahisəli fikirlər səsləndirib:“Onun açıqlamalarında regiondakı proseslər tarixi və siyasi kontekstin təhrif edilir, Azərbaycanın mövqeyi qərəzli şəkildə kölgədə qoyulur, münaqişənin nəticələri ilə bağlı alternativ və mübahisəli fikirlər irəli sürülür”.Arzuman Muradlı hesab edir ki, Zatulinin çıxışları, məntiqsiz açıqlamaları iki ölkə arasında münasibətlərə zərər gətirir:“Bu tip açıqlamalar heç sübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq və tərəfdaşlıq ruhuna ziddir. Ona görə də təkcə Bakı yox, Moskva səviyyəsində də Zatulinin açıqlamalarına reaksiya verilməli, şimal qonşumuzda Zatulinkimilərinin münasibətlərimizə xələl gətirən davranışları barədə ölçü götürülməlidir”.Politoloq onu da diqqətə çatdırıb ki, Zatulinlə bağlı narazılıq təkcə mediada deyil, diplomatik səviyyədə də özünü göstərib:“Azərbaycan Xarici İşlər Nazirliyi onun bəyanatları ilə əlaqədar bir neçə dəfə narazılığını bildirib. Rusiya tərəfinə bununla bağlı etiraz ifadə olunub. Ancaq göründüyü qədər Zatulin bütün bunlardan dərs çıxarmayaraq yenə də öz ampluasındadır və öz yolunu davam etdirən karvana hürmək adətini davam etdirir”.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
8
newscenter.az

10Sources