Maskın atası oğlunun uşaqlıqdan klassik rus ədəbiyyatına heyran olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə İlon Maskın atası, yüksək texnologiyalı investisiya və innovasiya üzrə beynəlxalq ekspert Errol Mask TASS-a müsahibəsində bildirib.
"16 yaşında "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask dünya klassik ədəbiyyatının əsas əsərlərini, o cümlədən rus yazıçıları Fyodor Dostoyevski və Lev Tolstoyun əsərlərini oxumuşdu", - deyə Errol Mask bildirib.
O vurğulayıb ki, milyarder uşaqlıqda ciddi oxumağa həvəs göstərib. Kiçik olanda həmişə çox qalın kitablar oxuyurdu. Bir gün yetkin bir şəxs ondan soruşur:
"Həqiqətən oxuyursan, yoxsa sadəcə şəkillərə baxırsan?". İlon ona belə cavab verdi: "Sən axmaqsan?".
Daha əvvəl Errol Mask məktəbdə bir müəllimin səkkiz yaşında oğlunu axmaq adlandırdığını xatırlamışdı.
Bizim.Media