EN

İcbari tibbi sığorta bazarı kiçilib



Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 43,126 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azdır. Azərbaycan Mərkəzi Bankından mətbuata verilən məlumata görə, Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 27,028 milyon manat təşkil edib. Yanvar-fevral aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı qədər ödəniş edilib. Qeyd edək ki, iki ayda sığorta şirkətlərinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib.
Chosen
11
12
baki-xeber.com

10Sources