EN

“Turan Tovuz”un yeniyetmə qapıçısına ölkə xaricindən təklif

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Turan Tovuz"un U-16 komandasının qapıçısı Yusif Həsənov karyerasını ölkə xaricində davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, yeniyetmə futbolçu Rusiya və Türkiyə klublarının diqqətini cəlb edib.

Mənbəmizin sözlərinə görə, gələcək adına böyük perspektiv vəd edən,1,85 boya malik qolkiperin valideynləri yayda gələn təklifləri nəzərdən keçirməyi düşünürlər.

Onların əsas istəyi Yusifin Avropada çıxış etməsidir. Artıq bu yöndə də danışıqlar gedir. "Köhnə qitə"dən sərfəli təklif olmayacağı halda onun Rusiyaya yollanacağı istisna olunmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
12
sport24.az

10Sources