EN

Zərif və Ruhaninin həbsi tələb edildi: Səhv etdiyini etiraf etməsə...

İranda mühafizəkar qanunvericilərdən biri ölkənin məhkəmə orqanlarını keçmiş prezident Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi müharibəni dayandırmaq çağırışlarına görə həbs etməyə çağırıb.

Azreform.info -ın məlumatına görə, bu barədə “Iran International” xəbər verir.

Mühafizəkar deputat Həmid Rəsai, Ruhaninin müharibənin “şərəfli” şəkildə dayandırılmasına hazırlaşmaq çağırışından, Zərifin isə deeskalasiya üçün çərçivə təklif etməsindən sonra məhkəmə orqanlarını bu iki siyasətçinin saxlanılması barədə qərar qəbul etməyə səsləyib.

Cavad Zərif “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində qeyd edib ki, istənilən razılaşma müvəqqəti atəşkəsdən kənara çıxmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır. O xəbərdarlıq edib ki, təkbaşına atəşkəs sadəcə növbəti hərbi əməliyyatları gecikdirəcək. Zərif həmçinin İrana qarşı iqtisadi sanksiyaların ləğvi və İranla ABŞ arasında hücum etməmək haqqında paktın imzalanması çağırışını edib.

Həsən Ruhani isə öz növbəsində bildirib ki, ölkə müharibəni milli maraqlara və cəmiyyətin mənafeyinə uyğun şəkildə dayandırmağa hazır olmalıdır. O, həmçinin Fars körfəzindəki adalara hücumların qarşısını almaq və Hörmüz boğazına nəzarəti saxlamaq üçün resursların koordinasiyasının vacibliyini vurğulayıb. Ruhani əlavə edib ki, dövləti və İslam Respublikasını qorumaq üçün dərhal siyasi islahatlar aparılmalıdır.

İran rəhbərliyinə yaxınlığı ilə tanınan tanınmış din xadimi Səid Həddadian da Cavad Zərifi "xain" adlandırıb və üç gün ərzində sözlərini geri götürməyəcəyi təqdirdə onun evinə basqın edəcəyi ilə hədələyib:

“Təhlükəsizlik əməkdaşları! Siz nəyi gözləyirsiniz? Zərifin öz alnına özünü ABŞ-a satdığını yazmasını? Cənab Zərif, sizin İslam Respublikası üçün həll yolları təklif etməyə heç bir haqqınız yoxdur. Ümumiyyətlə, nə isə deməyə ixtiyarınız yoxdur! Hətta kor, kar və lal belə sizin xain olduğunuzu anlaya bilər. Siz liderimizi öldürən və İrana hörmətsizlik edən düşmənlə - ABŞ-la münasibətləri yaxşılaşdırmağa çağırırsınız. Zərifə üç gün vaxt verirəm. Səhv etdiyini etiraf etməsə, dördüncü gecə toplaşıb onun evinə hücum edəcəyik”, — deyə Həddadian Tehranda keçirilən mitinqdə bildirib.

Chosen
22
2
azreform.info

6Sources