EN

Azərbaycanlı deputat Türkiyədə ağır zədə aldı - VİDEO

Ajans.az xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər. Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda azərbaycanlı deputat Kamran Bayramov oyunun 20-ci dəqiqəsində ciddi zədə alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub. Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub. Beləliklə, Azərbaycan turniri ikinci yerdə tamamlayıb. Qırğızıstan isə üçüncü olub. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi.  

Chosen
7
5
Ajans.az

10Sources