EN

“Məni işdən çıxartmayıblar, öz istəyimlə ayrılmışam” - Xalq artisti

Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 


Manset.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə Xalq artisti qeyd edib ki, o, teatrdan öz istəyi ilə ayrılıb: 

“Opera və Balet Teatrında mənə qarşı hörmətsizlik oldu və mən artıq iki ildir ki, teatrdan uzaqlaşmışam. 2024-cü ildə teatrdan, orada yaranan qəbuledilməz şəraitə görə ayrılmaq məcburiyyətində qaldım”.

Qeyd edək ki, Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıması ilə bağlı paylaşım edib. Sənətçi paylaşımında bildirib ki, ondan başqa Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb.  

Chosen
15
4
manset.az

10Sources