EN

Raxmonaliyev tarix yazdı: “Sabah”dan yubiley qol

“Sabah” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, bu, yarımfinalın ilk matçına təsadüf edib.

“Qarabağ”la səfər görüşündə hesabı açan Umarali Raxmonaliyev Bakı klubunun yubiley qolunun müəllifi olub. Paytaxt təmsilçisi ölkə kubokunda keçirdiyi 27-ci matçında 2:2 hesablı heç-heçə ilə qollarının sayını 51-ə yüksəldib. 

“Sabah”ın orta məhsuldarlığı 1,89-a bərabərdir. Paytaxt təmsilçisi evdə 19, səfərdə 29, neytral meydanda 3 dəfə fərqlənib. Bununla da ölkə kuboku tarixində 50 və ya daha çox qol vuran komandaların sayı 21-ə çatıb.

Kubokda 2017/18 mövsümündə debüt edən “Sabah” ilk qolunu növbəti ildə vurub. “Sabah” 2018/19 mövsümünün 1/8 finalında “Ağsu”ya 3:0 hesabı ilə qalib gəlib. Komandanın kubokdakı ilk qolunu 2018-ci il dekabrın 6-da keçirilən görüşün 6-cı dəqiqəsində Bəxtiyar Soltanov vurub.

Premyer Liqa: XXVI turun təyinatları bəlli olub

Qurban Qurbanov: “Belə bir düşüncəmiz yoxdur”

Valdas Dambrauskas: “Onların işinə güvənirəm”

Son 10 mövsümün azarkeş rekordu qırılıb

“Zirə” Azərbaycan çempionu oldu

Chosen
35
32
apasport.az

10Sources