EN

Deputat Elşad Musayev: Qarabağda separatizmə rəhbərlik edənlər indi Azərbaycan həbsxanasında layiqli cəzalarını çəkirlər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda həbsdə olan erməni hərbi cinayətkarların yaxınları Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana, İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassisə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Egerə məktub ünvanlayıblar. Məktubda “Himayəçi Gücü” mexanizminin işə salınması xahiş olunur və bu təşəbbüs beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün növbəti addım kimi qiymətləndirilir. Müraciətdə həmçinin BQXK-nın Azərbaycandakı ofisinin bağlanması ilə bağlı narahatlıq ifadə olunub, eyni zamanda Azərbaycanın beynəlxalq hüququ pozduğu ilə bağlı iddialar səsləndirilib. İsveçrənin beynəlxalq humanitar hüquqdakı rolu əsas gətirilərək bu prosesə cəlb olunması istənilir.

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info portalına açıqlamasında bildirib ki, Azərbaycanda həbsdə olan erməni hərbi cinayətkarların yaxınları məktubu Ararat Mirzoyana, İqnazio Kassisə və Miryana Spolyariç Egerə göndəriblər. Məktubda "himayəçi güc" mexanizminin işə salınması xahiş olunur.

Deputat hesab edir ki, buradan aydın görünür ki, erməni hərbi cinayətkarların yaxınları ənənəvi erməni siyasətini davam etdirirlər: “Bunlar indiyə qədər şantaj, özlərini yazıq kimi göstərmə, soyqırıma məruz qalan xalq kimi təqdim etməklə beynəlxalq təşkilatlardan, iri güclərdən və ayrı-ayrı dövlətlərdən dəstək alıblar. İndinin özündə də bu siyasəti davam etdirmək istəyirlər, amma çox ciddi yanılırlar. Artıq reallıq dəyişib. Azərbaycan Qarabağ problemini həll edib. Bu adamlar separatizmə rəhbərlik edirdilər və indi Azərbaycan həbsxanasında layiqli cəzalarını çəkirlər. Bu şantaj vasitəsilə onların cəzasını yüngülləşdirmək və ya azad etmək mümkün deyil”.

Elşad Musayev qeyd edib ki, Azərbaycan bu yalançı təzyiqə, riyakarlığa və şantaja boyun əyməyəcək: “Hərbi cinayətkarların yaxınları tutduqları yoldan imtina etməlidirlər. Onların çıxış yolu odur ki, Azərbaycan dövlətinə və siyasi rəhbərliyinə müraciət etsinlər, xahiş və minnət bəsləsinlər. Belə olan halda belə düşünmürəm ki, hərbi cinayətləri və cinayətkarları bağışlamaq lazım olsun. Bütün hallarda onların çıxış yolu Azərbaycana müraciət etməkdir, əfv diləməkdir.”

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
50
bizimyol.info

10Sources