EN

Esmira Fuad: Tarixi abidəyə çəkilən cızma-qaralar qəbuledilməzdir

Bakı, 4 aprel, AZƏRTAC

Nizami Kino Mərkəzinin divarlarına bir neçə gənc tərəfindən qrafiti adı altında cızma-qaraların çəkilməsi ciddi narahatlıq doğurur. Milli mədəniyyətimizin təkrarsız nümunələrindən biri sayılan, zəngin tarixə malik bu memarlıq abidəsinin divarlarının bu cür mənasız yazı və təsvirlərlə çirkləndirilməsi qəbuledilməz haldır. Bu cür əməllərə yol verən şəxslər müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdırlar.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru Esmira Fuad deyib. O bildirib ki, qrafiti adı altında həyata keçirilən bu kimi vandalizm aktları mədəni irsə açıq hörmətsizlikdir. Təəssüf doğuran haldır ki, bəzi gənclər dahi Nizaminin adını daşıyan, yüzlərlə filmin nümayiş olunduğu, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən tarixi bir məkanı məqsədsiz şəkildə zədələyirlər.

"Bu kimi hərəkətlər yolverilməzdir və cəmiyyət tərəfindən qəti şəkildə qınanmalıdır. Hər bir vətəndaş mədəni irsimizin qorunmasına həssas yanaşmalı, belə halların qarşısının alınmasında həm fərdi, həm də ictimai məsuliyyət nümayiş etdirməlidir", - deyə o qeyd edib.

Chosen
14
14
azertag.az

10Sources