EN

Pentaqon İrana qarşı əməliyyatda ABŞ-ın itkilərini açıqladı

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 28 fevral 2026-cı ildə başlayan “Operation Epic Fury” əməliyyatından bəri 13 amerikalı hərbçi həlak olub, 365 hərbçi isə yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə informasiyanı “The Wall Street Journal” nəşri Pentaqonun məlumatlarına istinadən yazıb.

Yaralananların ən böyük hissəsini quru qoşunlarının hərbçiləri — 247 nəfər təşkil edir.

Onlardan başqa 63 hərbi dənizçi, 19 dəniz piyadası və 36 Hərbi Hava Qüvvələri əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Qərb mediasının yazdığına görə, son günlər ABŞ-ın iki hərbi təyyarəsinin sıradan çıxması və İranda itkin düşən ekipaj üzvü ilə bağlı axtarış əməliyyatı bu rəqəmlərə diqqəti daha da artırıb.

Reuters və digər nəşrlər bildirir ki, müharibə başlayandan bəri ABŞ itkiləri həm siyasi, həm də hərbi müstəvidə əlavə təzyiq yaradır./Bizim.Media

Chosen
11
15
turkustan.az

10Sources