AZ

Pentaqon İrana qarşı əməliyyatda ABŞ nin itkiləri barədə məlumat yayıb

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin İrana qarşı keçirdiyi “Epik qəzəb” (Epic Fury) əməliyyatı başlayandan bəri 365 amerikalı hərbçi yaralanıb.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Pentaqonun rəsmi hesabatında qeyd edilib.

Bildirilir ki, zərərçəkənlərin əksəriyyəti — 247 nəfər quru qoşunlarının, 63 nəfər hərbi dəniz qüvvələrinin, 36 nəfər hərbi hava qüvvələrinin, 19 nəfər isə dəniz piyadalarının payına düşür.

Rəsmi məlumata əsasən, həlak olanların sayı dəyişməz qalıb — 13 nəfər. Onlardan 7-si birbaşa döyüş əməliyyatlarında həyatını itirib: 6 nəfər İranın Küveytdəki bazaya endirdiyi hava zərbəsi nəticəsində, 1 nəfər isə Səudiyyə Ərəbistanında aldığı yaralardan ölüb. Digər 6 hərbçi isə yanacaqdolduran təyyarənin qəzaya uğraması nəticəsində həlak olub və bu itkilər qeyri-döyüş itkisi kimi təsnif edilib. Dünyasını dəyişənlərin 10-u kişi, 3-ü qadındır. Onların əksəriyyəti zabit və orta manqalı hərbçilərdir. Yaş kateqoriyasına görə həlak olanların 5-i 35 yaşdan yuxarı, 4-ü 31–35 yaş arası, 3-ü 25–30 yaş arası, 1-i isə 22 yaşdan kiçikdir.

Yaralanan 365 nəfərdən 319-u kişi, 43-ü qadındır. Ən çox yaralı orta heyət (E5–E9 rütbəli) arasında qeydə alınıb. Yaş qrupları üzrə 25–30 yaş (113 nəfər) və 35 yaşdan yuxarı (116 nəfər) olanlar üstünlük təşkil edir. Xidmət statusuna görə isə yaralananların 201-i fəal xidmətdə olan hərbçilər, 110-u ehtiyatda olanlar, 54-ü isə ABŞ Milli Qvardiyasının döyüşçüləridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
15
olke.az

10Mənbələr