EN

"Trampın ərəb neftini ABŞ nefti ilə əvəz etmək ideyası risklər yaradır"

BAKI, 4 aprel. TELEQRAF

"Donald Trampın Hörmüz boğazından keçən ərəb neftinin ABŞ nefti ilə əvəz etmək ideyası ölkəsi üçün risklər yaradır".

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayib.

Bildirilir ki, Hörmüz boğazından keçən 10 milyon barel neftə qarşı ABŞ hasilatını gündəlik 1 milyon barel artıra bilər.

"Gulf Oil" şirkətinin baş enerji məsləhətçisi Tom Klouz bildirib ki, neftin digər ölkələrə ixracı amerikalılar arasında narazılıq dalğasına səbəb olacaq:

"Sizcə, insanlar bir qallon benzinə 5 dollar ödəməyə dözəcəklər? Mən buna şübhə edirəm", - Klouz deyib.

Qeyd edək ki, ABŞ-da benzinin orta pərakəndə satış qiyməti (3,8 litr) 4 dollara yüksələrək təxminən dörd illik qiymət rekordunu qırıb.

"Lipow Oil Associates" konsaltinq şirkətinin rəhbəri Endryu Lipov bildirib ki, ABŞ-nin neft ehtiyatları bütün dünyanı yanacaqla təmin etmək üçün kifayət deyil:

"Vaşinqton dünyanın ən böyük istehsalçısıdır, lakin xam neftin xalis idxalçısı olaraq qalır və gündə təxminən 3 milyon barel istehlak edir. Bütün dünyada neft defisti var. ABŞ şirkətlərinin hasilatı artırması üç-altı ay çəkəcək".

"Oxford Economics" şirkətinin neft və qaz proqnozlaşdırması üzrə rəhbəri Bridget Payne bildirib ki, düzgün qiymət siqnalları verildikdə, neft istehsalçıları istehsal gücünü tez bir zamanda artıracaqlar. Lakin bu dövrdə istehsal gündə təxminən 1 milyon barel artacaq ki, bu da Hörmüz boğazından neft məhsullarının daşınması həcmi ilə müqayisə edilə bilməz".

Chosen
26
50
teleqraf.com

10Sources