AZ

Səudiyyə Ərəbistanının neft kəmərləri qiymətlərin 200 dollara çatmasının qarşısını alacaq

BAKI, 4 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanında Şərq-Qərb neft kəmərinin genişləndirilməsi Hörmüz boğazının bağlanmasından sonra neft bazarındakı vəziyyəti yalnız yüngülləşdirə bilər. Bu, neftin qiymətinin 200 dollara qədər yüksəlməsinin qarşısını alsa da, yanacaq çatışmazlığı problemini həll etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayib.

Bildirilir ki, böhrandan əvvəl Hörmüz boğazı gündəlik təxminən 20 milyon barel neft nəql edirdisə, "Petroline" boru kəməri gücləndirilmiş rejimində gündəlik maksimum 7 milyon barel neft nəql edə bilər.

Bundan əlavə, ekspert hesablamalarına görə, bu neftin 2 milyon bareli dərhal daxili ehtiyaclar üçün istifadə olunur.

Səudiyyə Ərəbistanı alternativ ixrac mənbələri ilə öz ixracının 80-85%-ni qorumağa və neftin 200 dollarlıq həddi keçməsinin qarşısını almağa çalışır. Lakin bu, Hörmüz boğazının bağlanmasının qlobal mənfi nəticələrini azaltmir.

Seçilən
30
29
teleqraf.com

10Mənbələr