EN

İrəvan bu halda həm KTMT-dən, həm də AİB-dən çıxacağını açıqladı

"Əgər Rusiya qaz və digər məhsullarla bağlı qərar qəbul edərsə, biz həm KTMT-dən, həm də AİB-dən çıxacağıq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

O, jurnalistin Rusiyanın Ermənistana ultimatumlar tətbiq etməsi ilə bağlı sualına cavab olaraq deyib: "Bu cür söhbətlər yeni deyil, illərdir malların və qazın qiyməti ilə bağlı söhbətlər gedir. Bu halda, əgər onlar belə bir qərar qəbul etsələr, Ermənistan da öz qərarını verəcək və nəhayət həm KTMT-dən, həm də AİB-dən çıxacaq. Amma düşünmürəm ki, bu olacaq".

Simonyan həmçinin qeyd edib ki, hazırda hər iki qurumdan çıxmaqla bağlı söhbət getmir. 

Ağarza Elçinoğlu 

Chosen
28
50
unikal.az

10Sources