EN

Çəkiliş zamanı İNSİDENT: aktyorlar hündürlükdən yıxıldı

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“The Daily Wire”ın çəkdiyi döyüş janrlı filmin çəkilişləri zamanı ciddi insident baş verib. 

Lent.az xəbər verir ki, Marvel layihələrindən tanınan qalmaqallı aktyor Conatan Majors çəkiliş zamanı pəncərədən yıxılıb.

Məlumata görə, aktyorla birlikdə onun həmkarı Cey C. Kilkoyn da yıxılıb. Qeyd edilir ki, təxminən iki metr hündürlükdən düşmələrinə baxmayaraq, aktyorlar ciddi xəsarət almayıblar. Lakin Kilkoynun qoluna tikiş qoyulmalı olub.

Hadisədən sonra çəkiliş qrupu etiraz aksiyası keçirərək işi dayandırıb. Bildirilir ki, IATSE həmkarlar ittifaqı təhlükəsizlik normalarına əməl olunmadan filmin istehsalına qarşı çıxıb.

“The Daily Wire” adlı filmin hələlik buraxılış tarixi açıqlanmayıb. Filmin rejissoru “Kelly əsgərinin döyüşləri” filmi ilə tanınan Kayl Rankindir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
22
lent.az

10Sources