EN

Merin mühafizəçisi silah dolu çantanı küçədə unutdu

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Böyük Britaniya paytaxtının hüquq-mühafizə orqanları London meri Sadiq Xanın mühafizəçilərindən birinin içərisində odlu silahlar olan çantanı küçədə unutması ilə bağlı araşdırmaya başlayıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Bildirilib ki, yoldan keçən bir şəxs merin cənubi Londondakı evinin qarşısında polisə çanta barədə məlumat verib. Xəbərə görə, onun içərisində “Heckler&Koch” avtomatı, “Glock” tapançası, “Taser” elektroşokeri və başqa sursatlar olub.

Hüquq-mühafizə orqanları martın 31-də qeydə alınan insidenti təsdiqləyiblər. Qurumdan bildirilib ki, polisə məlumat verildikdən sonra yeddi dəqiqə ərzində əməkdaşlar əraziyə gələrək həmin əşyaları təhlükəsiz şəkildə götürüblər.

Merin təhlükəsizlik qrupunun beş üzvü isə araşdırma bitənə qədər müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
8
globalinfo.az

10Sources