EN

70 yaşlı qadınla 27 yaşlı gəncin evlənməsi barədə hekayə..?

ain.az, Sia Az saytına istinadən bildirir.

...Deməli, Rusiyanın Omsk şəhərindən olan 27 yaşlı gənc oğlan 2025-ci ilin yanvarında 70 yaşlı bir qadınla evlənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, toydan və sənədləşmədən iki gün sonra gənci xüsusi hərbi əməliyyat zonasına göndəriblər.

...Və hazırda onun harada olduğu, yəni ölüb və ya qaldığı barədə heç bir məlumt yoxdur. Ona görə də hazırda o, itkin düşmüş kimi qeydə alınıb.

...İstintaq nəticəsində məlum olub ki, yeni evlənənlər evlənməzdən əvvəl az ünsiyyətdə olublar. Onlar evlənəndən sonra da ər-arvad kimi yaşamayıblar, büdcələrini bölüşməyiblər və... uşaq sahibi olmaq fikrinə düşməyiblər, yəni belə bir planları da olmayıb.

Məlum olub ki, “yetimçiliklə” böyüyən gəncin ən böyük arzusu şəxsi mənzillə təmin olunmaq olub.

Amma indi belə görünür ki, gəncin ümidi gözündə qalıb?

Təbii ki, “həyat yoldaşı”nın evi olsa da gəncə bu evdə yaşamaq nəsib olmayıb.

...Və maraqlı bilirsiniz nədir?

Deməli, gəncin qoyub getdiyi həyt yoldaşı olan 70 yaşlı qadın

indi qanuni həyat yoldaşının imtiyazlarından yararlanmaq üçün iddia qaldırıb.

...Prokurorluq isə nikahın ləğvi üçün iddia qaldırıb və nikahı saxta hesab edib.

Bundan əlavə, nəzarət orqanı əsgərə qarşı fırıldaqçılıqla bağlı cinayət istintaqına nəzarət edir...yəni gənc əgər cəbhədə ölməyib sağ qayıtsa...vay, onun halına..?

...Maraqlıdır ki, indi rusiyalı hüquq mühafizı orqanlarının əməkda.ları baş sındırırlar: gəlin “ərini” bu tamamilə əlverişsiz sövdələşməyə necə cəlb edib?

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
50
sia.az

10Sources