EN

Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bahalı səhvləri dəyərli təcrübələrə çevirmək istəyənlər bu gün ölkəmizdə 4-cü dəfə keçirilən Vergi və Mühasibatlıq Zirvəsində toplanıb.

Marriott Buelvard hoteldə baş tutan tədbirə informasiya dəstəyi göstərən Mia.az xəbər verir ki, “Facemark” və “Good Finance” şirkətlərinin tərəfdaşlığı ilə vergi, mühasibatlıq, eləcə də maliyyə istiqamətində aktual mövzular müzakirə edilib, peşəkar biliklər paylaşılıb. 

Yeri gəlmişkən, tədbir kiçik və orta sahibkarlara dəstək göstərən aparıcı maliyyə institutu “PAŞA Bank”, “Unibank”ın bank sponsorluğu və “Azintelecom”un rəqəmsal həllər üzrə sponsorluğu ilə həyata keçirilir.

Bu il tədbir “Bahalı səhvlər” mövzusuna həsr olunub.

Tədbirdə maliyyə idarəçiliyi, əmək münasibətləri və vergi sahəsində şirkətlərin ən çox yol verdiyi kritik yanlışlıqlar diqqət mərkəzindədi. Bu səhvlərin hansı səbəblərdən yarandığı və biznes üçün yarada biləcəyi hüquqi və maliyyə nəticələri ətraflı şəkildə təhlil olunur. Mütəxəssislər real təcrübələrə əsaslanaraq risklərin qarşısını alma yollarını, daha düzgün qərarvermə mexanizmlərini və praktik həlləri iştirakçılarla bölüşür. 

Məsələn, “Maliyyə riskləri və uçot" panelində maliyyə qərarlarında risklərin düzgün qiymətləndirilməsi, uçot sisteminin effektiv qurulması, maliyyə nəzarət mexanizmləri və şirkətlərdə maliyyə intizamının təmin olunması kimi məsələlər müzakirə edilib. Ekspertlər real biznes nümunələri əsasında maliyyə idarəetməsində buraxılan səhvlərin mümkün nəticələrini və onların qarşısının alınması yollarını bölüşüb. “Əmək münasibətlərində uçot riskləri” panelinin spikerləri isə əmək müqavilələri və işçi-işəgötürən münasibətlərində yaranan hüquqi və maliyyə riskləri, əmək qanunvericiliyində tez-tez rast gəlinən səhvlər və onların biznesə təsirini  müzakirə edib. Bu panel üzrə müzakirələrdə diqqəti çəkən məqamlar əmək qanunvericiliyində nəzərdə tutulan yeniliklərin açıqlaması oldu. Xüsusilə Konstitusiya Məhkəməsinin 18 fevral tarixli qərarının şərhi, habelə atalıq məzuniyyətinə dair yeniliklər iştirakçıların çoxsaylı suallarına səbəb olub.

Tədbirin maraqlı müzakirəsi "Vergi riskləri" panelində baş tutub. Panel çərçivəsində vergi qanunvericiliyində tez-tez rast gəlinən səhvlər, vergi yoxlamaları zamanı şirkətlərin üzləşdiyi risklər, hüquqi məsuliyyət və bu risklərin idarə olunması üçün tətbiq edilən praktik yanaşmalar müzakirə olunub.

Panelin spikerləri arasında Dövlət Vergi Xidmətinin bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov, xidmətin inzibati şikayətlər baş idarəsinin rəisinin vəzifəsini müvəqqəti icra edən, idarə rəisinin müavini Emil Rəhimov və xidmətin vergi siyasəti baş idarəsinin vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov olub.

Yeri gəlmişkən, tədbirin açılışında da Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov iştirak edərək qonaqları salamlayıb.

Spikerlər tədbir iştirakçılarına müxtəlif faydalı çağırışlar edib. Xüsusilə mühasibatlıq sahəsində çalışanların qanunvericilikdəki yenilikləri izləmədiyi vurğulanıb. Ekspertlər bildirib ki, vergi siyasəti ilə yanaşı, mühasibat uçotuna dair siyasəti də diqqətdə saxlamaq lazımdı.

Spikerlər "vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı", - deyə tövsiyələrinə yumor fonu verməyi unutmayıb.

Zülfiyyə Mustafayeva 

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
7
mia.az

9Sources