ain.az bildirir, Ayna portalına istinadən.
“Məqsədim həm də İtaliyanın ehtiyac duyduğu enerjiyə sahib olmasını təmin etmək olacaq"
İtaliyanın Baş naziri Giorgia Meloni həftəsonu bir neçə Körfəz ölkəsinə səfəri zamanı İtaliya istehlakçılarına neft təchizatını müzakirə edəcəyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, “Corriere della Sera” nəşri Baş nazirin açıqlamasını yayıb.
"Səfərim dost ölkələrimizlə həmrəylik jestidir. Əlbəttə ki, məqsədim həm də İtaliyanın ehtiyac duyduğu enerjiyə sahib olmasını təmin etmək olacaq", - deyə Meloni qeyd edib.
Baş nazir xatırladıb ki, əvvəllər Əlcəzairə səfər edib və orada İtaliyaya qaz təchizatını müzakirə edib: "İndi əsasən neft haqqında danışmaq üçün Fars körfəzinə səfər edirəm".
O bildirib ki, danışıqları zamanı ABŞ, İsrail və İran arasında silahlı münaqişə səbəbindən Hörmüz boğazının blokadası məsələsini də müzakirə edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.