EN

Rusiya İrandakı Buşehr AES dən 200 ə yaxın mütəxəssisini Ermənistan üzərindən təxliyə edəcək

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rosatom İrandakı Buşehr Atom Elektrik Stansiyasından rusiyalı mütəxəssisləri təxliyə edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rosatom-un baş direktoru Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, ümumilikdə, 198 nəfər təxliyə ediləcək: "İşçilər avtobusla daşınır. Onların 2,5-3 gün ərzində demək olar ki, bütün ölkəni keçəcəyi, daha sonra isə İrəvan hava limanından Rusiyaya yola düşəcəyi gözlənilir".

Lixaçev vurğulayıb ki, təxliyə nüvə elektrik stansiyasına hücumdan 20 dəqiqə sonra başlayıb.

O qeyd edib ki, Buşehr Atom Elektrik Stansiyası ətrafında hadisələr arzuolunmaz proqnozlara uyğun olaraq inkişaf edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
13
apa.az

10Sources