AZ

İrandan Körfəz ölkələrində nüvə fəlakəti xəbərdarlığı - həyatın sonu olacaq...



İran xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, ABŞ və İsrail tərəfindən hədəf alınan Fars körfəzi sahilindəki Buşehr Atom Elektrik Stansiyasından mümkün radioaktiv sızma Körfəz ölkələrində həyatın sonu ola bilər.

X hesabında paylaşdığı mesajda Əraqçi beynəlxalq ictimaiyyətin Buşehr Atom Elektrik Stansiyasına və neft-kimya müəssisələrinə bu gün ABŞ-İsrail hücumları ilə bağlı susqunluğunu tənqid edib.

"Qərbin Zaporojye Atom Elektrik Stansiyası (Ukraynada) yaxınlığında baş verən toqquşmalarla bağlı qəzəbini xatırlayırsınızmı?" sualını verən Əraqçi xəbərdarlıq edib: "İsrail və ABŞ Buşehr stansiyamızı dörd dəfə bombaladılar. Radioaktiv sızma Tehranda deyil, Körfəz Əməkdaşlıq Şurasının paytaxtlarında həyatın sonu olacaq".

İran naziri əlavə edib ki, neft-kimya sektorumuza edilən hücumlar da bu addımların əsl məqsədlərini açıq şəkildə ortaya qoyur.

Tahir TAĞIYEV

Seçilən
2
21
baki-xeber.com

10Mənbələr