EN

Rusiya ordusu Nikopolda bazarı vurdu: 5 ölü, çoxlu yaralı var - FOTO

Rusiya ordusu aprelin 4-də səhər saatlarında Nikopol şəhərindəki bazara PUA ilə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Baş Prokurorluğu yayıb.

Hücum nəticəsində 5 nəfər həlak olub, azı 21 nəfər yaralanıb. Yaralılar arasında 14 yaşlı qızın da olduğu bildirilir. Məlumata görə, daha sonra eyni mülki obyektə təkrar hücum nəticəsində əlavə yaralananlar da olub.


Bizim.Media

Chosen
5
18
bizim.media

10Sources