AZ

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

Kiyev, 4 aprel, AZƏRTAC

Rusiya qoşunları Ukraynanın Nikopol şəhərini FPV dronları ilə vurub, nəticədə beş nəfər həlak olub, 14 yaşlı qız da daxil olmaqla 19 dinc sakin yaralanıb. Uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja “Telegram” kanalında məlumat verib.

Düşmənin hücumu nəticəsində yanğın da baş verib. Pərakəndə satış pavilyonları və mağazaya ziyan dəyib.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Seçilən
1
14
azertag.az

10Mənbələr