Rusiya ordusunun Ukraynanın Nikopol şəhərindəki bazara pilotsuz uçuç aparatı ilə zərbəsi nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyası məlumat yayıb.
Məlumata görə, hücum FPV dronlarla həyata keçirilib. Nəticədə üçü qadın və ikisi kişi olmaqla beş nəfər ölüb.
Bundan əlavə, 19 nəfər yaralanıb. Yaralılar arasında 14 yaşlı yeniyətmə qız da var. O, xəstəxanaya yerləşdirilib, həkimlər vəziyyətini ağır qiymətləndirirlər.