EN

Hindistan 7 ildən sonra İrandan neft aldı

Hindistan 7 ildən sonra İrandan neft aldı

Yaxın Şərqdə davam edən gərginlik və Hörmüz boğazında tədarük zəncirinin qırılması fonunda Hindistan 7 illik fasilədən sonra yenidən İrandan neft idxal etməyə başlayıb.

AFN.az xəbər verir ki, Hindistanın Neft və Təbii Qaz Nazirliyi (MoPNG) ölkə neft emalı zavodlarının xammal ehtiyacını tam təmin etmək üçün İrandan gələn tədarükləri bərpa etdiyini rəsmən təsdiqləyib. Nazirlik vurğulayıb ki, İrandan neft idxalı zamanı ödənişlərlə bağlı hər hansı bir maneə və ya problem mövcud deyil.

Məlumata görə, bu addım ABŞ-ın keçən ay İran neftinə tətbiq edilən sanksiyalara verdiyi 30 günlük müvəqqəti güzəşt (waiver) sayəsində mümkün olub. Aprelin 2-də artıq 44 min ton İran mayeləşdirilmiş qazını (LPG) daşıyan tanker Manqalor limanına yan alıb. Aprelin 4-də isə təxminən 600 min barel xam neft daşıyan "Ping Shun" tankerinin Vadinar limanına çatacağı gözlənilir.

Xatırladaq ki, Hindistan 2019-cu ildə ABŞ sanksiyalarına görə alışları dayandırmışdı. Lakin fevralın 28-də başlayan ABŞ-İsrail və İran müharibəsi səbəbindən yaranan qlobal enerji böhranı Vaşinqtonu embarqonu müvəqqəti yumşaltmağa məcbur edib.

Chosen
24
16
afn.az

10Sources