AZ

7 ildən sonra İrandan Hindistana gedən neft tankeri istiqamətini dəyişdi Çinə yol aldı

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Təxminən yeddi ildən sonra Hindistana yola çıxması planlaşdırılan İran neftini daşıyan tanker qəfildən kursunu dəyişərək Çinə istiqamətlənib.

Qaynarinfo-nun "Bloomberg"ə istinadən verdiyi məlumata görə, sözügedən gəmi 2002-ci ildə inşa edilmiş və 2025-ci ildə ABŞ tərəfindən sanksiyaya məruz qalmış "Aframax" sinifli "Ping Shun" tankeri olub. 

Gəmiləri izləyən "Kpler” şirkətinin məlumatına görə, tanker hazırda Çinin Şandun əyalətindəki Donqinq şəhərinə çatıb. Həftənin əvvəlində gəmi hələ Hindistanın qərb sahilindəki Vadinar limanına doğru yola çıxdığını göstərsə də, sonradan qəfildən cənuba istiqamətini dəyişib. Ekspertlər bildirirlər ki, bu tip siqnallar qəti deyil və istənilən vaxt dəyişə bilər.

Hindistan 2019-cu ilin may ayından İrandan neft idxalını dayandırıb. Bu qərara səbəb ABŞ-ın sanksiyaları olub. ABŞ Prezidenti Donald Trump artıq dənizdə olan İran yüklərinə qoyulan məhdudiyyətləri müvəqqəti olaraq yumşaltsa da, ödəniş, logistika və sığorta məsələləri potensial ticarət əməliyyatlarını çətinləşdirir.

Hörmüz boğazı və neft qiymətləri

İranla müharibə və Hörmüz boğazının blokadaya alınması qlobal enerji bazarının əsas mövzularına çevrilib. 2 aprel tarixində neftin qiyməti əvvəlki enişdən sonra əhəmiyyətli dərəcədə artıb. Bu, Prezident Donald Trampın ABŞ-ın İrana qarşı zərbələri davam etdirəcəyi ilə bağlı bəyanatına cavab olub.

"The Economist” nəşrinin məlumatına görə, Fars körfəzi ölkələri üçün Hörmüz boğazı blokadaya alınsa da, İran tankerləri boğazdan hərəkət etməyə davam edir. Bu səbəbdən İran hazırda ABŞ və İsrailin bombardmanlarına başlamasından əvvəl əldə etdiyi neft satışından gündəlik iki dəfə çox gəlir əldə edir.

Bundan əlavə, Hörmüz boğazına nəzarət İrana əlavə gəlir mənbəyi təmin edir. Hər bir gəmidən təhlükəsiz keçid üçün təxminən 2 milyon dollar alınır ki, bu da ölkə büdcəsinə ay ərzində milyardlarla dollar vəsait qazadırır.

Günay

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
qaynarinfo.az

1Mənbələr